Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalı rayonunun toponimləri - Almalı kəndi

0


  •          Almalı ərazisi, Almalı kəndi Xocalı rayonunda, Qarabağ silsiləsində, dağətəyi ərazidə, rayon mərkəzindən 13 km şimal-qərbdə yerləşir. Kəndin 800 nəfərə qədər əhalisi vardı. Əhali üzümçülük və heyvandarlıqla məşğul olurdu. Kənddə orta məktəb, mədəniyyət evi, kitabxana, xəstəxana, baramaaçma sexi, arxeoloji abidələrdən antik dövrə aid küp qəbirlər qəbiristanı, daş qutu qəbir, Tunc dövrünə aid kurqan, Dəmir dövrünə aid sənduqələr və XIII əsr kilsə xarabalığı var. Azərbaycanın Rusiya tərəfindən işğal olunduqdan sonra burada erməniləri yerləşdirmişdilər. Kəndin adı kalka vasitəsilə tədricən ermə-niləşərək Xndzristan olmuşdur. Hətta, Sovet hakimiyyəti illərində kəndin adı bu ad ilə rəsmiləşmişdir. “Xndzor” – erməni dilində “alma” deməkdir. Yaşayış məntəqəsi Almalı adlanan sahədə salındığına görə belə adlanmışdır. Lı – şəkilçisi burada alma isminə artırılaraq həmin ərazidə alma meyvə ağacının daha çox olduğunu bildirən toponimik ad (topluluq mənasında) əmələ gətirmişdir. Kənd alma ağacları olan ərazidə yerləşdiyi üçün Almalı adı almışdır.
                                                                                              “Müqəddəs yurd: Xocalı” adlı kitabdan
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaÜmumi
    Yerləşdirdi
    Yerləşdirildi4 il öncə
    İzlənib58 dəfə
    Xocalı rayonunun toponimləri Almalı kəndi

    Maraqlı gələ bilər
    96
    310
    56
    54